25 
okt
2023
16:09
251

UEFA açıqladı, “Qarabağ” TOP-10-luqda 2-ci oldu - Foto

25 okt, 2023
16:09
251

UEFA açıqladı, “Qarabağ” TOP-10-luqda 2-ci oldu - Foto

UEFA Avropa Liqasının rəsmi sosial şəbəkə səhifələri bu yarışın iştirakçısı olan komandaların son 5 matçdakı çıxışına əsasən TOP-10 siyahısını hazırlayıb. 

“Den.az”
xəbər verir ki, siyahıya UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer” klubu başçılıq edir. Almanlar son 5 matçın hamısında qələbə qazanıblar. 

“Qarabağ” isə bu göstəricidə ikincidir. Azərbaycan təmsilçisi 5 matçın 4-də qalib gəlib, son oyunda, Premyer Liqanın 10-cu turunda səfərdə “Turan Tovuz”la 2:2-lik heç-heçə edib. 

Üçüncü pillədə isə Avstriyanın “Şturm” komandasıdır. Onlar son 5 matçda 4 qələbə əldə edib, 1 oyunda isə uduzublar. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar