16 
noy
2023
23:23
177

Millimiz İsveçi darmadağın etdi - Yenilənib

16 noy, 2023
23:23
177

Millimiz İsveçi darmadağın etdi - Yenilənib

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununa çıxacaq.
“Den.az” xəbər verir ki, rəqib İsveç yığması olacaq. Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş  saat 21:00-da başlayacaq.
Bu oyunu qadın hakim idarə edəcək. Referi isveçrəli Ester Ştaubli olacaq.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.
Avro-2024, seçmə mərhələ, 9-cu tur
16 noyabr
21:00 Azərbaycan - İsveç
Baş hakim: Ester Ştaubli (İsveçrə)
Tofiq Bəhramov adına Respublika stadionu.
***
Komandaların start heyətləri açıqlanıb:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov
Ehtiyat oyunçular: Yusif İmanov, Rəşad Əzizli, Höccət Haqverdi, Turan Manafov, Mahir Emreli, Eddi İsrafilov, Ramil Şeydayev, Elvin Camalov, Ozan Can Kökcü, Qismət Alıyev, Tural Axundzadə, Musa Qurbanlı
İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres
Ehtiyat oyunçular: Yohansson, Nordfeldt, Kraft, Hien, Hult, Klaesson, Ekdal, Rohden, Starfelt, Larsson, Olsson, Quaisson
***
3-cü dəqiqədə millimiz hesabı açır. Emin Mahmudov adını tabloya yazdırır.
Matç millimizin 3:0 hesablı qələbəsi ilə başa çatdı.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar