Olimpiya idman növləri Qubada bir araya gəlib.İdman Festivalının açılış mərasimi keçirilib.
"Den.az" ın Şimal bürosunun məlumatına görə, beş gün davam edəcək “İdman festivalı 2023”ün açılış mərasiminə Gənclər və İdman nazirinin idman şöbə müdirinin muavini Nicat Həsənov, Quba rayon İcra Hakimiyyətnin başçısının muavini Səidə Abasova,
23 idman növü üzrə 13-15 yaşlılar arasında 168 idmançı, eləcə də 18 məşqçi, həmçinin GİN və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən builki festivala Türkiyə və Keniyadan da idmançılar,
ətraf şəhər və rayonlardan gələn qonaqlar, idmansevərlər, rayon sakinləri qatılıblar.
İlk olaraq Səidə Abasova çıxış edərək qonaqları salamlayıb: "Azərbaycanda idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks xarakterli tədbirlərin həyata keçirilir. Ölkəmizdə olimpiya hərəkatı uğurla və sürətlə inkişaf etdirilir. Sayca ikinci olan, Quba rayonunda isə ilk dəfə keçirilən idman festivalı ayrı-ayrı idman növlərinin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir.
İdmançılarımız artıq xarici ölkələrdə bizi müzəffər xalq kimi təmsil edirlər. Gələcəyimiz gənclərmizdən aslıdır. Onların vətənpərvər, sağlam ruhda böyüməsi, idmanla məşğul olması bizim üçün çox önəmlidir".
Daha sonra Nicat Həsənov iştirakçıları salamlayaraq, idmançıların daim dövlətin qayğısını hiss etdiyini diqqətə çatdırıb: "Ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğını idmançılar hər zaman hiss edirlər. Bu qayğı idmançılar və onların məşqçiləri, idman sahəsində çalışanlar üçün yaradılan şəraitdən, ölkəmizdə keçirilən irimiqyaslı yarışlardan, idmançılarımızın beynəlxalq arenada təmsil olunmasından və bir çox amillərdən hiss olunur. İdmanın kütləviliyinin təmin edilməsi, idmançıların peşəkarlıq səviyyəsinin artırılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər keçirilir. Bu gün Qubada keçirilən tədbir münasibəti ilə sizlərin hər birnizi təbrik edirəm və idman festivalını açıq elan edirəm".
Ardınca idmançıların çıxışlarına start verilib.
İdmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi görüşlər keçirilib. Eləcə də Quba şəhərinə ekskursiya təşkil edilib.
Noyabrın 18 və 19-da idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcəklər. Bəzi idman növlərində isə çıxışlara izləyicilər də qatılacaqlar.
Qeyd edək ki, bu sayca ikinci idman festivalıdır. İlk festival ötən il Şəki şəhərində keçirilmişdir. Burada 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak etmişdir.












Nüşabə Mikayılqızı