Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
Den.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır. Biletləri "iticket.az"ın satış məntəqələrindən, “Qarabağ”ın "Park Bulvar"dakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionu və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.
"Qarabağ" - "Braqa" matçının biletləri satışa çıxarıldı - QİYMƏT

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.