Ədliyyə Naziliyi "Bestcomp Group” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə maliyyə dəyəri 2.132.218,25 AZN təşkil edən satınalma müqaviləsi bağlayacaq.
Den.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə bağlı keçirilən tendering qalibi olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarına görə, "Bestcomp Group” QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 Noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.
Bu şəxslər haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Murad Əsgərzadənin Dövlət Gömrük Komitəsində çalışdığı barədə iddialar var.
"Bestcomp Group” MMC-nin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesi barədə mediada dərc edilən araşdırma yazılarında rast gəlinir. Bu iddia ilə bağlı qarşı tərəfin təkzibinə rast gəlinmir.
Nazirə bağlı olduğu deyilən şirkətə 2,1 milyon ödəniləcək

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.