Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasının cari və əsaslı təmiri ilə bağlı açıq tender müsabiqəsi elan olunub.
Denmedia.az Modern.az-a istinadən xəbər verir ki, tenderin elan olunan qiyməti 1 256 180 azn-dir.
Azərbaycan prospekti 7 ünvanında yerləşən binada genişmiqyaslı yenidənqurma işlərinin görülməsi planlaşdırılır.
Şirkətlər təklifləri ilə 3 fevral 2026-cı il saat 11:00-dək çıxış edə bilərlər.

