Ramazan ayı ərəfəsində toyuq istehsalçıları və satıcıları qiymətləri təxminən 15 faiz artırdıqdan sonra Türkiyənin Ticarət Nazirliyi toyuq ətinin ixracının sabahdan etibarən dayandırılacağını açıqlayıb.
DenMedia.az yenicaggazetesi.com-a istinadən xəbər verir ki, iqtisadi böhran və inflyasiyanın artdığı Türkiyədə Ramazan öncəsi istehlak məhsullarında bahalaşma müşahidə olunmağa başlayıb. Bu fonda toyuq istehsalçıları və satıcılarının qiymət artımı qərarı ictimai müzakirələrə səbəb olub.
Ticarət Nazirliyi bildirib ki, daxili bazarda qiymət artımının qarşısını almaq məqsədilə toyuq məhsullarının ixracının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib. Nazirlik bazardakı vəziyyətin izləniləcəyini və zərurət yaranacağı təqdirdə əlavə tədbirlərin görülə biləcəyini də vurğulayıb.

