"QatarEnergy" İranın Ras Laffandakı obyektlərinə hücumlarından sonra uzunmüddətli müqavilələr üzrə fors-major elan edib.
Bu barədə Al Jazeera məlumat yayıb.
Söhbət İtaliya, Belçika, Cənubi Koreya və Çinə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündən gedir.
“18 və 19 mart tarixlərində Ras Laffan-a edilən hücumlar şirkətə ciddi zərər vurub.”
Məlumata görə, hücumlar nəticəsində enerji infrastrukturu zədələnib və bu, qaz tədarük zəncirinə birbaşa təsir göstərib.

