Yaxın Şərqdəki müharibə fonunda turistlərin Kipr və Türkiyəyə marağı azalır. Bu barədə Financial Times məlumat yayıb.
Şərqi Aralıq dənizi istiqamətlərində artıq tələbatın düşməsi müşahidə olunur. Kiprə səyahətlər üçün aprel–may aylarında qiymətlər münaqişədən əvvəlki dövrlə müqayisədə 12%-dən çox azalıb, Bodrumda isə bu azalma 25%-i keçib.
Muskita Hotels qrupunun məlumatına görə, mart və aprel aylarında rezervasiyaların kütləvi ləğvi qeydə alınıb, həmçinin 2026-cı ilin qalan hissəsi üçün də tələbat ciddi şəkildə zəifləyib. Şirkət xəbərdarlıq edir ki, döyüşlər bir neçə həftə də davam etsə, yay mövsümü risk altına düşəcək.
Turizm sektoru nümayəndələri bildirir ki, Yaxın Şərqdəki vəziyyət fonunda turistlər arasında ümumi narahatlıq artır.
Bu fonunda turistlər daha təhlükəsiz hesab edilən istiqamətlərə yönəlir. İspaniya, Portuqaliya, İtaliya, Malta və Xorvatiyaya tələbat artır, bu isə artıq qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin Karib adalarına maraq 20% artıb, İtaliyada rezervasiyalar isə ötən illə müqayisədə 55% yüksəlib.

