Böyük xammal treyderləri Yaxın Şərqdə müharibənin başlanğıcında milyardlarla dollar zərər ediblər. Bu barədə Financial Times məlumat yayıb.
Analitiklərin məlumatına görə, buna səbəb enerji daşıyıcılarının qiymətlərinin kəskin artması olub.
Adətən treyder şirkətləri bazardakı yüksək dəyişkənlikdən qazanc əldə etsələr də, bu dəfə bir çox iştirakçı qiymətlərin enəcəyinə mərc edib. Lakin müharibə başlayandan sonra neft qiymətləri əksinə, sürətlə yüksəlib.
Ekspert Alexander Franke bildirib ki, yaranmış vəziyyət bazar iştirakçılarının əksəriyyəti üçün gözlənilməz olub.

