ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, İran müharibəsi fonunda neft və digər enerji daşıyıcılarının qiymətləri artmaqda davam edəcək və yaxın həftələrdə pik həddə çatacaq.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə, silahlı münaqişə başa çatdıqdan sonra neft qiymətləri əvvəlki səviyyələrə enəcək.
“Bu, müəyyən vaxt aparacaq: münaqişə nə qədər uzun çəkərsə, bərpa prosesi də bir o qədər uzanacaq”
ABŞ və İran arasında danışıqların uğursuzluğundan sonra dünya bazarında neft qiymətləri yenidən kəskin artım mərhələsinə keçib. 13 aprel tarixində keçirilən ticarət zamanı qiymətlər 7 faizdən çox artaraq 102 dolları ötüb.
Ekspertlər xəbərdarlıq edir ki, İranda müharibə uzanarsa, bu artım tendensiyası daha da güclənə bilər. Goldman Sachs isə ən pis ssenaridə qiymətlərin bu ilin sonuna qədər tarixi maksimumu yeniləyə biləcəyini istisna etmir.

