İranın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari X sosial şəbəkəsində bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi addımları neftin qiymətini bir barel üçün 200 dollara qədər qaldıra bilər.
Onun sözlərinə görə, amerikalılar regionda “hərbi avantüralarını” davam etdirdiyi müddətdə hər hansı razılaşmadan danışmaq mümkün deyil.
“ABŞ hökuməti dəfələrlə göstərib ki, yalnız güc dilini anlayır. 200 dollarlıq neftə salam söyləyin”, — deyə Zülfüqari vurğulayıb.

