Bakı–Tbilisi–Qars dəmir yolunun rəsmi açılışı 2 iyunda baş tutacaq. Bu barədə Gürcüstan mediası məlumat yayıb.
Təntənəli mərasim Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək. Açılışda Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı gözlənilir.
Uzunluğu 827 kilometr olan marşrut Cənubi Qafqaz ölkələrini birləşdirir və Orta Dəhlizin əsas həlqələrindən biri hesab olunur.
Layihə 2017-ci ildən test rejimində fəaliyyət göstərsə də, onun tammiqyaslı rəsmi istifadəyə verilməsi indiyədək təxirə salınmışdı.

