Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.
Qeyd edək ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sentyabrın 25–26-da Bakıda keçirilir. Forumun əsas mövzusu məhz “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi” müəyyənləşdirilib.
Forum beynəlxalq investorları, dövlət qurumlarını, maliyyə institutlarını, aparıcı şirkətləri və biznes nümayəndələrini bir araya gətirir.

