Sentyabrın 25-də Bakıda Prezident İlham Əliyevin himayəsi altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz işinə başlayıb.
Forum iştirakçılarına dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib.
Tədbirdə Orta Dəhliz, energetika və yaşıl keçid, süni intellekt, rəqəmsal transformasiya, sənaye, infrastruktur, aqrobiznes və investisiya imkanları əsas müzakirə mövzularıdır.
Forum beynəlxalq investorları, dövlət qurumlarının, maliyyə institutlarının və biznes sektorunun nümayəndələrini bir araya gətirib.
Tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji və digər sahələr üzrə sazişlərin imzalanması gözlənilir.

