Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 125 dolları ötüb.
Son məlumata görə, “Azeri Light”ın bir barelinin qiyməti 4,51 dollar və ya 3,74 faiz artaraq 125,19 ABŞ dollarına çatıb.
Əvvəlki göstəricidə Azərbaycan neftinin bir bareli 120,68 dollara satılırdı.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light”ın qiyməti isə 114,56 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

