14 
fev
2024
20:18
144

İZİA-nın Peşə Təhsil Mərkəzində Tələbə Gənclər Təşkilatı fəaliyyətə başlayıb-FOTOLAR

14 fev, 2024
20:18
144

İZİA-nın Peşə Təhsil Mərkəzində Tələbə Gənclər Təşkilatı fəaliyyətə başlayıb-FOTOLAR

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq Tələbə Gənclər Təşkilatı yaradılıb.

Den.az xəbər verir ki, bununla əlaqədar olaraq, fevralın 14-də təşkilat sədrinin, sədr müavinlərinin və katibinin seçilməsi məqsədi ilə seçki keçirilib. 

Mərkəzdə “Kompüter sistemlərində proqramlaşdırma” ixtisası üzrə təhsil alan Yusif Şıxəliyev tələbələrin səs çoxluğu ilə təşkilatın sədri seçilib.

Tələbə Gənclər Təşkilatının yaradılmasında məqsəd tələbələrin ictimai aktivliyinin inkişaf etdirilməsi, özlərinin idarəetmə bacarıqlarının formalaşdırılması, onların hüquqlarının qorunması, bilik və bacarıqlarının artırılmasıdır.

Həmçinin təhsil müəssisəsində təhsil alan gənclərin Peşə Təhsil Mərkəzinin, eləcə də respublikasının sosial-ictimai həyatında aktiv iştiraklarının təmin edilməsidir.







Bizimlə əlaqə saxlayın

Çox oxunanlar