15 
apr
2024
18:39
888

Peşə Təhsil Mərkəzində “Sağlamlığın qorunması” ilə bağlı tədbir keçirilib-FOTOLAR

15 apr, 2024
18:39
888

Peşə Təhsil Mərkəzində “Sağlamlığın qorunması” ilə bağlı tədbir keçirilib-FOTOLAR

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AZQAC) ilə əməkdaşlıq çərçivəsində aprelin 15-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib.

Qonaqları salamlayan Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən danışıb, həmçinin sağlamlıq hüququnun təmin edilməsinin və sağlam həyat tərzinin təbliğ olunmasının əhəmiyyətini diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq proqramının eksperti, tibb elmleri üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova sağlamlığın qorunması, düzgün qidalanma, sağlam həyat tərzi ilə bağlı, eləcə də AZQAC-ın həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

İnteraktiv şəkildə keçirilən tədbir çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.

Şahnaz Əliyeva
Den.az




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar