Sumqayıt şəhərində iki nəfər bıçaqlanıb.
Den.az xəbər verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Vüsal Mürsəl oğlu Məmmədov aralarında yaranmış mübahisə zamanı 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Zahir Novruz oğlunu bıçaqlamaqda şübhəli bilinir.
Ceyhun Xəlifzadə xəstəxananın qarşısında keçinib, digər yaralı tibb müəssisəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Vüsal Mürsəl oğlu Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Günəş Fərəh
Den.az