Beyləqanın Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kəndli arasında münaqişə baş verib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan “Denmedia.az”-a bildirilib ki, odlu silahdan açılan atəşlə iki nəfər kənd sakini xasarət alıb.
Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.