Xəbər verdiyimiz kimi, Abşeronda dəhşətli qətl hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, Xırdalanda Ana və uşaq parkında 19 yaşlı gənc bıçaqlanaraq öldürülüb.
Belə ki, gecə saatlarında Elmir Bədirovla həmyaşıdı, Xırdalan şəhər sakini Fərid Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Fərid Məmmədov bıçaqla Elmir Bədirova ağır bədən xəsarətləri yetirib.
Hadisə ilə bağlı məlumat Abşeron rayon prokurorluğuna daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz istintaq tədbirləri nəticəsində Fərid Məmmədovun cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir, hadisənin motivləri və digər təfərrüatları araşdırılır.