Saatlıda qohumlar arasında yaranan mübahisə qanla bitib
Denmedia.az xəbər verir ki, hadisə martın 22-də axşam saaat 21 radələrində Saatlı rayonunun Fətəlikənd ərazisində yerləşən kənd restoranının qarşısında baş verib.
Yeyib içmək məclisindən sonra aralarında yaranan mübahisə zəminində Fətəlikənd sakini, 1977-ci il təvəllüdlü Söhbətov Rizvan Məmmədağa oğlu mübahisə zəmnində bibisi oğlu 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğluna bıçaqla çoxsaylı xəsarətlər yetirib. Nəticədə ürək nahiyəsindən xəsarət alan Rövşən Abdullayev Saatlı rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda keçinib.
Mərhumun qardaşı İlqar Abdullayevin sözlərinə görə, axşam saatlarında onların arasında mübahisə olub. Onlar dalaşmasın deyə dayıoğlunu öz evinə yola saldım. Arxayın oldum ki, evinə gedib. Gedib evdən bıçaq götürüb qayıdıb təzədən hadisə yerinə. Qardaşım oturduğu yerdə qəfildən 3 bıçaq zərbəsi vurub. Qardaşımın həyatına son qoyub. Səbəbi heç nə... içkili halda olublar... başqa adam deyil , dayım oğludur. Həm də qardaşımın yeznəsidir.
Hadisə baş verən kafenin sahibi Əliosman Mürsəliyev isə bildirib ki, hadisə baş verəndə özü orda olmasada, lakin camaatın toplaşdığını görüb. Yaxınlaşanda gördüm artıq vurub onu. Vurduğunu düzü görməmişəm. Maşınla aparanda yolda keçinib. 9-a 15-20 dəqiqə qalmış olardı. Kameraya da düşüb...
Qeyd edək ki, Saatlı rayon polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətli törədən Rizvan Söhbətov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Elməddin İsmayılov
Denmedia.az

