Xaçmazda şəriklər arasında yaranan mübahisə dəhşətli qətllə bitib.
DenMedia.az xəbər verir ki, əldə etdikləri pulu bölə bilməyən şəriklərdən biri digərini bıçaqlayaraq öldürüb.
Hadisə gecə saatlarında Ağtala kəndi yaxınlığında qeydə alınıb. Meyvə ticarəti ilə məşğul olan Ağtala kənd sakini Emin Baxışov əldə etdikləri pulu şəriki 37 yaşlı Kənan Cəbiyevlə bölə bilməyib. Bu zaman Emin Baxışov sərxoş vəziyyətdə olduğundan mübahisə davaya çevrilib. Dava zamanı Emin Baxışov Kənan Cəbiyevə bıçaqla xəsarət yetirib. Kənan avtomobilinə əyləşərək evinə doğru gəlməyə çalışsa da, xəsarəti ağır olduğundan buna nail ola bilməyib. O, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib.
Yaxınları onuda bildiriblər ki, mərhum evli idi. İki azyaşlı uşağı var. Qətl məhz mübahisə zəmnində olub.
Hadisəni törədən Emin Baxışov artıq saxlanılıb. O, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.
Nüşabə Baxşıyeva