ABŞ-da 19 yaşlı gənc 28 yaşlı pedofili öldürüb, cəsədini hissələrə ayıraraq qalıqları iki çamadanda gizlədib. Bu barədə LADbible məlumat yayıb.
İstintaqın versiyasına görə, Lukas Sander Cons, Florida ştatının İndialantik şəhərində yaşadığı ərazidəki cinsi cinayətkarların siyahısını əvvəlcədən çap edib və qurban kimi yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlərə görə məhkum olunmuş Koli Li Denieli seçib. Cons Denieli taparaq ona beysbol dəyənəyi ilə hücum edib, daha sonra isə kəsici alətlərlə cəsədi hissələrə ayırıb. Bundan sonra hissələri iki çamadana yerləşdirərək Palm-Bey yaxınlığındakı boş əraziyə atıb. Qalıqlar yerli sakinlərin ərazi üzərində dövrə vuran leş yeyən quşlar barədə məlumat verməsindən sonra aşkar edilib.
Çamadanlardan birində şübhəlinin adı qeyd olunan Amazon bağlaması tapılıb və bu, onun müəyyən edilməsinə imkan verib. Consun sevgilisi bildirib ki, o, ondan Palm-Bey ərazisinə aparmağı və təmizləyici vasitələr gətirməyi xahiş edib. Əvvəlcə gənc cəsəd üzərində təhqiredici hərəkətlərə görə saxlanılıb, daha sonra isə ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb. İstintaq davam edir.

