Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.
Denmedia.az qafqazinfo-a istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Vüsal Əsgərov bıçaqlanma diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Hadisənin hansı şəraitdə və necə baş verməsi ilə bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı Amil Sarıyev saxlanılıb. Araşdırmalar davam etdirilir.

