Biləsuvarda 36 yaşlı kişi tanımadığı şəxsi küçədə döyüb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə M. İbrahimov küçəsində, “Oba” marketin qarşısında baş verib. İttihama əsasən, İbrahim Həsənov (şərti ad) spirtli içki qəbul etdikdən sonra tanımadığı şəxsi söyüşlərlə təhqir edib və yumruqla sifətinə zərbələr endirib.
Faktla bağlı onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını və peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə İbrahim Həsənov 3 ay müddətinə azadlıqdan məhrum edilib.

