Masazır qəsəbəsində baş verən qətlə dair bəzi məqamlar üzə çıxıb.
DenMedia.az oxu.az-a istinadla xəbər verir ki, 48 yaşlı ev sahibi Əlsəfa Rəhimov səhər saatlarında evdə arvadı ilə mübahisə edib.
Mübahisə sakitləşəndən sonra, o, otağa keçərək namaz qılmağa başlayıb. Bu vaxt arvadı onu kürəyindən bıçaq zərbəsi endirib.
Ailə 10 ildir ki, həmin evdə yaşayır və onların birgə nikahdan 2 övladı var.
Hadisədən ilk olaraq ərazidə ev alqı-satqısı ilə məşğul olan maklerlər xəbər tutub və polisə məlumat veriblər.
43 yaşlı A.Əliyeva saxlanılıb.

