Masazırda 48 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.Həyat yokldaşı hadisədə şübhəli bilinərək saxlanılıb.
Denmedia.az xəbər verir ki, hadisə Murad Mirzəyev küçəsində fərdi yaşayış evində qeydə alınıb.
Səhər saatlarında 48 yaşlı Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.Dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, mərhumun arvadı 43 yaşlı Aygün Əliyeva saxlanılaraq istintaqa təhvil verilib. Qonşuların verdiyi məlumata görə, ailə sakit təbiətli olub. Daxil olan məlumata görə, hadisənin qısqanclıq zəmnində törədildiyi iddia olunur. Belə ki, qadın həyat yoldaşını adı istintaqa bəlli olmayan bir qadına qısqanıb. Mübahisə zamanı Aygün Əliyeva qonaq otağında Əlsəfa Rəhimovun boğaz nahiyəsinə bir bıçaq zərbəsi vurub. Kişi aldığı bıçaq zərbəsindən elə hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, ailənin iki övladı olub. Hadisə baş verən vaxt isə uşaqlar evdə olmadığı bildirilir. Mərhumun meyidi mənzildən götürülərək aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Abşeron rayon Prokuroluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Nizami Rəsulov
Denmedia.az

