Abşeronda tatu borcu üstündə qətl törədilib.
Denmedia.az xəbər verir ki, hadisə Masazırda Yeni Bakı yaşayış massivində qeydə alınıb.
Belə ki, 33 yaşlı Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İbtida istintaq zamanı qətlin 18 yaşlı Hüseyn Vəliyev tərəfindən törədildiyi məlum olub.
Qətlin yeni təfərrüatları məlum olub. Bildirilir ki, öldürülən şəxsin qardaşı məhz Masazır qəsəbəsində, bu ünvanda tatu ustası kimi fəaliyyət göstərib. Hadisənin də tatu ilə bağlı yaranan mübahisə zəminində baş verdiyi deyilir.
Qətli törətməkdə şübhəli bilinən şəxsin tatu vurdurmaq üçün mərhumun qardaşının yanına gəldiyi, tərəflər arasında isə borc üstündə mübahisə yarandığı bildirilir. Məlumata görə, öldürülən şəxsin qardaşı da mübahisəyə qoşulub.Elə hər şeydə bundan sonra baş verib. Qardaşının davasına qoşulan 33 yaşlı Sahil Nuriyevi 18 yaşlı Hüseyn Vəliyev bıçaqla kürəyindən vurub. Mərhum xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət içi açılıb, araşdırmalar aparılır.
Nizami Rəsulov

