Masazırda həyat yoldaşını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən Aygün Əliyeva ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Denmedia.az qətli törətməkdə şübhəli bilinən 43 yaşlı Aygün Əliyeva və həyat yoldaşı, 48 yaşlı Əlsəfa Rəhimovun birgə fotosunu əldə edib.
Daxil olan məlumata görə, cütlük bir-birini sevərək ailə qurub. Onların 18 yaşında oğlan və 10 yaşında qız övladı olduğu bildirilir. Onlar bir müddət binəqədi rayonunda yaşadıqdan sonra Abşeron rayonun Masazır qəsəbəsindəki yeni tikilmiş evlərinə köçüblər. Məlum hadisə baş verməmişdən qabaq Aygün Əliyeva həyat yoldaşının başqa qadınla münasibətinin olduğunu öyrənib. Məhz qısqanclıq zəmnində mübahisə qətillə nəticələnib.
Xatırladaq ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Səhər saatlarında 48 yaşlı Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Polisin keçirdiyi tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Aygün Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Nizami Rəsulov
Denmedia.az

