Ağdam rayonunda qətl hadisəsi baş verib.
Denmedia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, qəsəbə sakini, 1969-cu il təvəllüdlü Zakir Cəlal oğlu Hüseynov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bıçaqlanıb.
Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində həyatını itirib.
Qətli törətməkdə şübhəli bilinən onun kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

