Bakıda avqustun 26-da baş verən qətl hadisəsinin yeni təfərrüatları məlum olub.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, Elvin Orucov və Gülnisə adlı qadın təxminən 4-5 ay qeyri-rəsmi nikah münasibətində ər-arvad kimi yaşayıblar. Gülnisə sonradan münasibəti bitirmək və Elvindən ayrılmaq qərarına gəlib.
İddiaya əsasən, Elvin Orucov qadının bu qərarını qəbul etməyib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Orucov qadının sinə və qol nahiyələrinə bıçaq zərbələri endirib.
Gülnisə aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
İlkin xəbərlərdə hadisənin Bakının Nizami rayonu, Keşlə qəsəbəsində baş verdiyi və 33 yaşlı Elvin Orucovun hadisə zamanı özünə də xəsarət yetirdiyi bildirilmişdi. Onun da öldüyü barədə məlumat yayılıb.

