Cəlilabadda 7 il əvvəl itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 2019-cu ildə Göytəpə şəhər sakini Nadir Məmmədovun itkin düşməsi ilə bağlı başlanılmış araşdırma nəticəsində onun qəsdən öldürüldüyünə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, 1959-cu il təvəllüdlü Ramiz Ələkbərov qisas almaq məqsədilə Nadir Məmmədovu avtomobillə Masallı rayonunun Təzə Alvadı kəndindəki evinə aparıb. O, 2019-cu il aprelin 23-də Məmmədovu avtomobildə boğaraq öldürüb və meyitini həyətdəki istifadəsiz su quyusuna atıb.
Sentyabrın 20-də Ramiz Ələkbərov şübhəli şəxs qismində saxlanılıb. Dindirilərkən o, cinayəti törətdiyini etiraf edib.
Şübhəlinin göstərdiyi su quyusunda aparılan qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük qalıqları aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə araşdırma davam etdirilir.

