Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilova qətlə yetirilib.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunub ki, polis və Penitensiar Xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş, 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən olunub.
O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

