Şəmkirdə 18 yaşlı H.Quliyev əkiz qardaşını bıçaqlamaqda şübhəli bilinərək saxlanılıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
Həkimlərin qiymətləndirməsinə əsasən, onun vəziyyəti qənaətbəxşdir.
İlkin məlumata görə, qardaşlar arasında mübahisə onlardan birinin digərinin otağına icazəsiz daxil olması səbəbindən yaranıb.
Faktla bağlı araşdırma aparılır.

