noy
2023
15:27
278

UŞAQLAR QIŞQIRDI Kİ, ƏLİ DUR QAÇ GƏLDİ- Sumqayıtda 13 yaşlı yeniyetmənin 85 yaşlı kişi tərəfindən bıçaqlanmasındə bəzi təfərrüatları məlum olub-VİDEO

7 noy, 2023
15:27
278

UŞAQLAR QIŞQIRDI Kİ, ƏLİ DUR QAÇ GƏLDİ- Sumqayıtda 13 yaşlı yeniyetmənin 85 yaşlı kişi tərəfindən bıçaqlanmasındə bəzi təfərrüatları məlum olub-VİDEO

Sumqayıtda 13 yaşlı yeniyetmənin 85 yaşlı kişi tərəfindən bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

Hadisə şəhərin 41-ci məhəlləsində 5 saylı yataqxananın qarşısında qeydə alınıb. Belə ki, 13 yaşlı Əli Qurbanzadə dostları ilə həyətdə oynayarkən, elə həmin binanın birinci mərtəbəsində qalan 85 yaşlı Şahhüseyn Qəmbərovun hücumuna məruz qalıb. Özünü müdafiə etmək istəyən yeniyetmə ayaq nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə olunduqdan sonra , müalicəsini ev şəraitində davam etdirilməsinə qərar verilib. Yeniyetmə hadisəni belə xatirlayaraq deyib ki, biz dostlarımızla oturmuşduq. Birdən kişi bizə qırqırdı ki, durun mənim pencərəmin altından . Daha sonra uşaqlar qışqırdı ki, Əli dur qaç, gəldi. Sonra məlum hadisə baş verdi.


Yeniyetməyə xəsarət yetirməkdə 85 yaşlı Şahhüseyn Qənbərov şübhəli bilinir. İlkin məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. Qonşular həm yaşlı kişidə, həmdə bıçaqlann yeniyetmədə günahın olduğunu iddia edirlər

 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar