28 
dek
2023
17:48
169

“Qalatasaray” fanatı “Fənərbaxça” azarkeşi olan dostunu öldürdü

28 dek, 2023
17:48
169

“Qalatasaray” fanatı “Fənərbaxça” azarkeşi olan dostunu öldürdü

“Başakşehir”-“Qalatasaray” matçını televizordan izləməyə icazə vermədiyi üçün mübahisədən sonra dostlarından birini öldürən, digərini isə yaralayan müttəhim barəsində qərar çıxarılıb. Bursa 8-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda məhbus Suat Öner, iddiaçı Sedat İ. və hər iki tərəfin vəkilləri iştirak ediblər.

Den.az Türkiyə mediasına istinadla bildirir ki, məhkəmədə çıxış edən prokuror müttəhim Suat Önerin “qəsdən adam öldürmə” və “qəsdən adam öldürməyə cəhd” cinayətlərinə görə cəzalandırılmasını, həmçinin iddiaçı Sedat İ.-nin bəraət almasını istəyib.

Təqsirləndirilən Öner məhkəmə heyətinə verdiyi ifadəsində zərərçəkmiş Kadir Şahinlə uzun müddətdir dost olduğunu və özünü qorumaq üçün bıçaqdan istifadə etdiyini bildirib. Televizorda yayımlanan “Başakşehir”-“Qalatasaray” matçını izləmək istədiyini deyən Öner “Fənərbaxça” azarkeşi Şahinin əsəbiləşərək onu söyüb yumruqladığını iddia edib.

Mübahisədən sonra Şahindən qorunmaq üçün otaqdan meyvə bıçağını götürdüyünü söyləyən Öner peşman olduğunu bildirib və azadlığa buraxılmasını istəyib. Həbsdə saxlanılmayan digər şübhəli Sedat İ. məhkəmədəki çıxışında Öneri söymədiklərini bildirib.

Məhkəmə, müttəhim Suat Önerin Kadir Şahinə qarşı etdiyi hərəkətə görə “qəsdən adam öldürmə” cinayətindən ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib, müttəhimin cəzasını isə haqsız təxribatın azaldılması ilə 15 ilə endirib və Sedat İ.-yə bəraət verib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar