Xalq şairi Sabir Rüstəmxanlı yaşamı boyu Türk Birliyinin qurulacağına inanaraq yaşayan, bu inamla xalqını və türkdilli xalqları birliyə çağıran aydınlardan biridir. Onun yolu hər zaman doğuya, Türk yurdlarına, qədim oba və oymaqlara doğru yön alıb, bu yolçuluq həyatının ən böyük dəyəri və məqsədi olub. Türk xalqlarının zəngin tarixini, mədəniyyətini, dillərini, ənənələrini qorumaq və birliyə çatdırmaq üçün yorulmadan çalışan Sabir Rüstəmxanlı, doğma ana dilinin duruluğunun qorunması yolunda çalışmaqdan əsla usanmadı.
"Den.az"-ın Şimal birosu xəbər verirki,bu dəfə türk dünyasının bir başqa guşəsində, “Çölçü obası”nda “Çöldə yaşam öyüdləri”verilişinin qonağı olan Sabir Rüstəmxanlı verilişin aparıcısı Eltən Törəçi ilə Türk dilinin zənginliyindən danışdı. Bundan başqa şair, öz həyatını şəkilləndirən öyüdlərdən, bu öyüdləri aldığı insanlarla bağlı anılarını bölüşdü. Xalq şairi həm də Türk Törəsinin Türk xalqları üçün önəmini vurğulayaraq qeyd etdi ki, Törə Türk xalqının ruhunu formalaşdıran ən dərin mənəvi dəyərdir.
Şairin “Çölçü” Birliyinin qurucusu və verilişin aparıcısı Eltən Törəçi ilə veriliş boyu ən çox danışılan məsələlərdən biri ana dilinin qorunması və onu yad təsirlərdən, alınma sözlərdən təmizləmək idi. Verilişdə vurğulandığı kimi Türk dili, Türk kimliyinin və birliyinin əsasını təşkil edir.
Nüşabə Baxşıyeva
Sabir Rüstəmxanlı ilə “Çöldə yaşam öyüdləri”: TÜRKLÜYÜN SƏSİ -VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.