İqlim dəyişikliyinin təsiri hər gün fərqli bir nöqtədə təsirini göstərir.
Den.az xəbər verir ki, hazırda Konyanın Akgöl bölgəsində sular çəkilərkən maraqlı görüntülər ortaya çıxıb, flaminqolar çatlamış torpaqda pozalar verib.
Türkiyənin ən əhəmiyyətli sulak ərazilərindən biri olan Akgöl Konyanın Ereğli rayonunda yerləşir.
İqlim dəyişikliyi səbəbiylə quraqlıqdan çox təsirlənən Akgöldə sular çəkilərkən maraqlı görüntülər yaranıb.
Qurumaq ərəfəsində olan Akgöl bataqlığında miqrasiya yolunda olan flaminqolar çatlamış torpaqda aşkarlanıb.
Akgöl 1992-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən "Birinci Dərəcə Mühafizə Ərazisi" elan edilmiş, 1995-ci ildə Meşə Nazirliyi, Milli Parklar və Heyvanları Mühafizə Baş Müdirliyi tərəfindən "Təbiəti Mühafizə Ərazisi" olaraq qəbul edilmişdir.
Türkiyədə səlahiyyətli orqanlar və müxtəlif ekoloji təşkilatlar bu təbii mirasın qorunması üçün müxtəlif layihələr və təşəbbüslər həyata keçirirlər. Akgölün su ilə örtüldüyü dövrlərdə onun çox hissəsi qamış bitkiləri ilə örtülür.
Sular sürətlə çəkildi, görüntülər DİQQƏT ÇƏKDİ- FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.