Ortoped Mixail Doroşev bildirib ki, ən zərərli ayaqqabı növü dar və burnu yuxarı qalxmış modellərdir.
Bu cür ayaqqabılar ayaqda ağrı, keyimə və barmaq oynaqlarının deformasiyasına səbəb ola bilər.
Doroşev əlavə edib ki, 6 santimetrdən hündür dabanlar və dar ayaqqabılar:
-
mazollar,
-
dırnaq batması,
-
barmaq əyriliyi,
-
oynaq və bel ağrıları,
-
əzələ və bağ zədələnmələri riskini artırır.
Platforma ayaqqabılar baldır əzələlərini və bel nahiyəsini yükləyir, şlapa və ev tapkıları isə barmaqlarda gərginlik yarada bilər.
Hətta tamamilə düz altlıqlı ayaqqabılar da bəzi insanlara ziyandır — düzdabanlıq və ayaq ağrısı riskini artırır.