DenMedia.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Yekaterina Quzman Krasnodar telekanalına məlumat verib ki, plastik qablarda olan mikroplastik hissəciklər insanın orqanizmində, o cümlədən sümük hüceyrələrində toplanaraq toksik təsir göstərir.
“Mikroplastik su, hava və qida vasitəsilə bədənimizə daxil olur. Onun izləri artıq insanın qanında, qaraciyərində, ağciyərlərində və hətta sümük iliyində aşkarlanıb,” — deyə Quzman bildirib.
Ekspertin sözlərinə görə, bu hissəciklər sümüklərdə oksidləşmə stressi və iltihab yaradır, həmçinin sümük toxumasının bərpasını zəiflədir.
Qidaları plastik qablarda deyil, şüşə və ya metal qabda qızdırmaq tövsiyə olunur.