Ağır mayonezli klassik salatlardan uzaqlaşıb daha zərif, amma bayram ab-havalı bir yemək hazırlamaq mümkündür. Bu skandinav tipli laylı salat buna əla nümunədir. O, qaynadılmış kalmarın zərifliyini, hisə verilmiş pendirin pikant dadını və göyərti ilə tərəvəzlərin təravətini birləşdirir. Qatı mayonezdən fərqli olaraq yüngül yoqurt–xardal sousu dadı ağırlaşdırmır, əksinə hər bir inqredienti ön plana çıxarır. Nəticədə salat parlaq, şirəli və müasir alınır — Yeni il süfrəsi və ya zərif şam yeməyi üçün ideal seçimdir.
Lazım Olanlar:
-
400 q təmizlənmiş kalmar
-
200 q hisə verilmiş pendir
-
2 ədəd təzə xiyar
-
4 ədəd yumurta
-
1 dəstə yaşıl soğan
-
1 dəstə şüyüd
Sous üçün:
-
250 ml təbii yoqurt
-
1 xörək qaşığı Dijon xardalı
-
Duz, qara istiot
Hazırlanması:
Kalmarləri duzlu suda 2–3 dəqiqə qaynadın, soyudun və nazik zolaqlar şəklində doğrayın. Yumurtaları bərk qaynadın, soyudun və iri sürtgəcdən keçirin. Pendir və xiyarları nazik doğrayın. Yaşıl soğan və şüyüdü xırda-xırda doğrayın.
Sous üçün yoqurtu xardal, duz və qara istiotla qarışdırın.
Salatı şəffaf qabda və ya porsiya stəkanlarında lay-lay düzün:
-
Kalmar
-
Sousun bir hissəsi
-
Yumurta
-
Xiyar
-
Yaşıl soğan
-
Pendir
Son laydan başqa hər layı nazik şəkildə sousla örtün və şüyüd səpin. Üzərini qalan pendir və göyərti ilə bəzəyin. Süfrəyə verməzdən əvvəl 1–2 saat soyuducuda dincəlsin. (news.ru)

