Xırçıltılı qızılı qabıq, içəridən isə yumşaq və havalı tekstura ilə seçilən kartof kroketlərinin hazırlanma qaydası təqdim olunub.
Sirr üçqat çörək qırıntılarında və çalınmış yumurta ağındadır,
Hazırlanma prosesində 2–3 kartof duzlu suda bişirilir, suyu süzüldükdən sonra topa qalmayacaq şəkildə püre halına salınır. İlıq kartof kütləsinə 1 yumurta sarısı, 1 xörək qaşığı kərə yağı və zövqə uyğun ədviyyatlar əlavə edilərək tam qarışdırılır. Alınan kütlədən kiçik kürəciklər formalaşdırılır.
Ayrı qabda yumurtanın ağı yüngül köpük halına salınır. Kartof kürəcikləri əvvəlcə una, daha sonra çırpılmış yumurta ağına, sonda isə çörək qırıntılarına batırılır.
Kroketlər qızdırılmış günəbaxan yağında hər tərəfi qızılı rəng alanadək qızardılır. Hazır məhsul artıq yağın çəkilməsi üçün kağız salfet üzərinə çıxarılır.

