Uzun müddət yuyulmayan baş dərisi baş ağrısına səbəb ola bilər.
Bu barədə RIA Novostiyə açıqlamasında terapevt Yekaterina Sısoyeva bildirib.
Həkimin sözlərinə görə, dəri piyinin və çirklərin yığılması sinir uclarını qıcıqlandırır və mikrosirkulyasiyanı pozur, bu da baş ağrısına gətirib çıxara bilər.
Həkimin sözlərinə görə, müntəzəm saç yuyulması baş dərisinin sağlamlığını qorumağa və iltihabi xəstəliklərin riskini azaltmağa kömək edir. O əlavə edib ki, sərt şampunlardan çox tez-tez istifadə etmək, əksinə, qoruyucu baryerə zərər verə və quruluğa və qıcıqlanmaya səbəb ola bilər.

