Kartof çipsləri kəskin stress anında sürətli sakitləşdirici vasitə rolunu oynaya bilər. Bu barədə NEWS.ru-ya müsahibəsində biokimyaçı və nutrisioloq Anna Divinskaya bildirib. Onun sözlərinə görə, bu təsir xüsusi biokimyəvi mexanizmlə bağlıdır.
Divinskaya qeyd edib ki, çipslərə meyl təsadüfi deyil:
“Çipslər stresə qarşı — biokimyaçılar üçün gözlənilməz tapıntıdır. Xırtıldayan paket təkcə bel üçün təhlükə deyil, həm də sinir gərginliyi zamanı təcili köməkçi ola bilər. Orqanizm çipsə uzananda nə etdiyini bilir. Son tədqiqatlar göstərir ki, bu məhsul triptofanın daşınması üçün bir növ ‘nəqliyyat’ rolunu oynayır. Triptofan isə serotoninin sintezi üçün əsas amin turşusudur”.
Mütəxəssis izah edib ki, mexanizm sadədir: kartofdakı sürətli karbohidratlar insulin ifrazını artırır. İnsulin digər amin turşularını əzələlərə yönəldir və beləliklə triptofanın beyinə yolunu açır. Kartofun özündə olan az miqdarda zülal da bu prosesi gücləndirir və nəticədə tez sakitləşdirici təsir yaranır.
Divinskayanın sözlərinə görə, bu təsir bəzən stres zamanı “faydalı” sayılan qoz-fındıq və ya banandan belə daha sürətli baş verə bilər. Bununla belə, o, çipslərin gündəlik istehlakının sağlamlıq problemlərinə yol aça biləcəyini vurğulayıb.

