Yeşilay tərəfindən yayımlanan açıqlamaya görə, oyun oynama pozuntusu təkcə uşaq və yeniyetmələri deyil, böyükləri də təsir edən əhəmiyyətli psixi sağlamlıq problemi kimi ön plana çıxır.
Türkiyə üzrə aparılan və "Yeşilay Danışmanlık Merkezleri"nin araşdırmasına əsaslanan tədqiqat göstərib ki, oyun oynamanın həyatın mərkəzinə yerləşdiyi şəxslərdə depressiya, anksiyete (narahatlıq pozğunluğu) və riskli davranışlar daha tez-tez müşahidə olunur.

