Dyuk Universitetində aparılan araşdırma göstərib ki, ənənəvi olaraq yağ yandırmaq üçün ən effektiv hesab edilən aerob məşqlər (qaçış, velosiped və s.) əslində gün ərzində xərclənən kaloriləri gözlənildiyindən xeyli az artırır. Bu barədə Earth.com yazıb.
Tədqiqatçılar Herman Pontzer və Eric Trexler 14 fərqli araşdırmanın nəticələrini analiz edərək maraqlı fərq aşkar ediblər.
Məşq zamanı yandırılan kalorilər tam şəkildə gündəlik enerji xərclərinə əlavə olunmur.
Məsələn:
- Teorik olaraq +200 kalori yandıran məşq
- Realda cəmi təxminən +60 kalori artım yaradır

Bədən necə “kompensasiya edir”?
Alimlər izah edir ki, orqanizm məşqi görməzdən gəlmir — əksinə, enerjiyə qənaət rejiminə keçir.
Bədən digər proseslərdə, xüsusilə də istirahət zamanı metabolizmi azaldaraq itirilən enerjini kompensasiya edir.
Bu, xüsusilə pəhrizlə birlikdə idman edənlər üçün problemli olur.
Belə hallarda əlavə məşq ümumiyyətlə gündəlik kalori xərclərini artırmaya bilər.
Ən maraqlı nəticə: güc məşqləri qalibdir
Araşdırmaya görə:
- Kardio məşqləri → daha çox kompensasiya (az real effekt)
- Güc məşqləri → daha yüksək ümumi enerji sərfi
200 kalori güc məşqi bəzən gün ərzində 250 kalori xərci yarada bilir.
Bunun səbəbi isə əzələlərin bərpa prosesi zamanı əlavə enerji sərf olunmasıdır.

