Həkim Dieqo Suares bildirib ki, qidalanmada cəmi bir dəyişiklik etsəniz, 100 yaşa qədər yaşaya bilərsiniz. Onun tövsiyəsini La Razon nəşri təqdim edir.
Uzunömürlülük naminə Suares evdən emal olunmuş ət məhsullarını, şirin içkiləri, quru səhər yeməklərini və şirniyyatları çıxarmağa çağırıb. Bununla yanaşı, o vurğulayıb ki, bu məhsulları rasiondan tam çıxarmaq lazım deyil.

“Əgər özünüzü bəzən sevindirmək istəyirsinizsə, çölə çıxın və onları yeyin, lakin heç vaxt onların evinizin qapısından içəri daxil olmasına icazə verməyin, çünki məhz orada onlar sizin gündəlik ritualınıza çevriləcək,” — deyə mütəxəssis izah edib.
Mütəxəssis əlavə edib ki, ev hər bir insan üçün yalnız sağlam vərdişlərin formalaşdığı yer olmalıdır.

