Türkiyənin ilk dərman preparatı klinik sınaqların birinci mərhələsində uğurlu nəticələr göstərib.
Bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu bildirib.
Onun sözlərinə görə, dərman molekulu ilk dəfə Türkiyədə laboratoriyalar, xəstəxanalar və yerli alimlərin iştirakı ilə hazırlanıb.
“Türkiyə ilk dəfə olaraq molekulun kəşfi mərhələsini öz laboratoriyalarında, xəstəxanalarında və alimləri ilə həyata keçirir. I faza tədqiqatları çox uğurla keçib”, — deyə Kəmal Memişoğlu bildirib.
Qeyd olunur ki, Boğaziçi Universitetinin rəhbərliyi ilə hazırlanmış bu molekul II və III faza sınaqlarını da uğurla tamamlayarsa, Türkiyə dünyaya ilk xərçəng dərmanını təqdim edə bilər.
Hazırlanan texnologiya dərmanı birbaşa şiş hüceyrəsinə yönəldir, bu isə yan təsirləri azaldır və müalicənin effektivliyini artırır.

