İrsi xəstəlikləri ilk simptomlar yaranmamışdan əvvəl aşkar etmək mümkündür.
Bu barədə “Radio 1”-ə açıqlamasında həkim Yuliya Kotalevskaya bildirib.
Onun sözlərinə görə, bu cür müayinələr çox vaxt hamiləliyin planlaşdırılması mərhələsində həyata keçirilir.
Həkim qeyd edib ki, ailədə irsi patologiya olmasa belə, istənilən şəxs daşıyıcılıq üzrə müayinədən keçə bilər. Ən çox isə bu addım uşaq planlaşdıran cütlüklər tərəfindən atılır.
“İlk addım genetik məsləhət və şəcərə analizidir. Daha sonra qərar verilir: müayinə hamiləlikdən əvvəl aparılsın, yoxsa artıq hamiləlik dövründə”, — deyə Yuliya Kotalevskaya bildirib.
O əlavə edib ki, əvvəllər yenidoğulmuşlar cəmi 5 irsi xəstəlik üzrə yoxlanılırdı, hazırda isə bu rəqəm 38 xəstəliyə qədər artırılıb.
Əgər müayinə nəticəsində körpənin sağlam olduğu müəyyən edilərsə, valideynlərə məlumat verilmir. Lakin uşaq risk qrupuna daxil olduqda, ona əlavə müayinələr təyin edilir və diaqnoz təsdiqlənərsə, ixtisaslaşmış mütəxəssislərə yönləndirilir.

